Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Əmək qanunvericiliyində olan yeni dəyişikliklərə əsasən işəgötürənlər bütün işçilərini elektron imza ilə təmin etməli olacaq. Əmək müqavilələrin bağlanılması,onlara ediləcək istənilən növ dəyişikliklər, xitam verilməsi, həmçinin əmək məzuniyyətləri, ezamiyyətlər və digər növ icazələr belə işçilər tərəfindən onlara məxsus elektron imza nömrələrinə göndəriləcək elektron sorğu, imza vasitəsilə (pin2) təsdiq edəcəklər”.
Banco.az xəbər veror ki, bu fikirləri İnsan Resursları üzrə mütəxəssis Aytən Osmanova deyib. O bildirib ki, SİMA sistemi bu işdə işəgötürənlər üçün daha əlverişli olacaqdır:
“Mərhələli şəkildə ilk əmək fəaliyyəti 01.06.2014-cü il tarixindən sonra başlayanların əmək kitabçaları ləğv ediləcək və onların staj təqibi EİS üzərindən təqib ediləcəkdir. İlk əmək fəaliyyətinə 01.06.2014-cü il tarixindən əvvəl başlayanların stajlarının təqibi yenə də əmək kitabçaları saxlanılmaqla davam edəcək.Daha sonra mərhələli şəkildə bunlar da elektron sistemə daşınacaq. Artıq ilk dəfə olaraq işə yeni başlayan işçilərdən işəgötürən əmək kitabçası tələb etməyəcəklər”.
Aytən Osmanova onu da qeyd edib ki, işə qəbul olunmaq üçün vətəndaşlar artıq indidən 3 imza növündən birinə sahib olmalıdırlar.