Aİ-nin istixana qazı emissiyaları azalıb | Banco.az

Aİ-nin istixana qazı emissiyaları azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Birinci rübdə Avropa İttifaqının (Aİ) istixana qazı emissiyaları azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2024-cü ilin birinci rübündə Aİ ölkələrinin istixana qazları emissiyaları ilə bağlı məlumatları dərc edib.

Məlumatlara görə, ötən ilin birinci rübündə atmosferə 931 milyon ton karbon ekvivalentində istixana qazı buraxan Aİ ölkələri bu ilin birinci rübündə atmosferə 894 milyon ton istixana qazı buraxıb.

Belə ki, birinci rübdə Aİ ölkələrinin istixana qazları emissiyaları illik müqayisədə 4 faiz azalıb.

Bu müddət ərzində 20 Aİ ölkəsində istixana qazı emissiyaları azalıb. İstixana qazı emissiyalarında ən yüksək azalma 15,2 faiz ilə Bolqarıstanda, 6,7 faizlə Almaniyada və 6 faiz ilə Belçikada qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

İstixana qazları emissiyaları elektrik enerjisi və təbii qaz təchizatında 12,6 faiz, ev təsərrüfatlarında isə 4,4 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et