Müəllif:Ayşən İmanova/Banco.az
Səudiyyə Ərəbistanı hakimiyyəti 2028-ci ilə qədər iqtisadiyyatın neft sektoruna xərclərini 40 milyard dollar azaltmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ər-Riyad 2030-cu ilə qədər ümumi investisiyaların təxminən 73%-ni iqtisadiyyatın qeyri-neft sektorlarına yönəltməyi və əsas diqqəti bərpa olunan enerji və mədənçıxarmanın inkişafına yönəltməyi planlaşdırır. Nəticədə, cari onilliyin sonuna hakimiyyət orqanları tərəfindən strateji sənayelərin inkişafı üçün ayrılmış qalan vəsaitin yalnız dörddə biri neft sənayesinə yatırılacaq.
Beləliklə, krallıq metallurgiya, nəqliyyat sənayesi və logistikanın inkişafına, eləcə də rəqəmsallaşmaya üstünlük verərək iqtisadiyyatını şaxələndirmək niyyətindədir.