Müəllif:Ayşən İmanova/Banco.az
Amerika qəhvə şəbəkəsi “Starbucks” yeni baş direktor Brayan Nikkola 113 milyon dollar ödəməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Bildirilib ki, kompensasiya paketinin bir hissəsi olaraq, Nikkol 10 milyon dollar nağd pul və 75 milyon dollar şirkət səhmləri alacaq. Bu məbləğ onun hazırda CEO-su olduğu Meksikanın “Chipotle” restoranlar şəbəkəsindən “Starbucks”a keçidindən sonra tədricən ödəniləcək. Nikkolun illik maaşı 1,6 milyon dollar olacaq və o, həmçinin performans hədəflərinə çatmaq üçün 23 milyon dollarlıq illik səhm mükafatı almağa haqq qazanacaq.
“Equilar” analitik şirkətinin məlumatlarına görə, 2023-cü ildə ABŞ şirkətlərinin yalnız beş CEO-su 100 milyon dollardan çox maaş alıb.
Qeyd edək ki, bu xəbər “Starbucks” səhmlərinin dəyərini 25% artıraraq, onun kapitallaşmasına təxminən 21,4 milyard dollar əlavə edib.