Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda taksilərlə 47 184,6 min sərnişin daşınıb.
Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 3,7% çoxdur.
Ötən ilin müvafiq dövründə taksilər 45 501 min nəfər sərnişin daşımışdı.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı ilə ümumilikdə 994 587,9 min sərnişin daşınıb. Bunun da 947 403,3 nəfəri avtobus nəqliyyatının payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!