Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Prezidenti Co Bayden iyun ayının yekunlarına görə XXI əsrdə dolların dəyərdən düşməsi sürətinə görə bütün ABŞ liderləri arasında birinci yeri tutub.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Hesablamalara görə, Baydenin prezidentliyinin cəmi 3,5 ilində dolların alıcılıq qabiliyyəti indeksi 20% azalaraq 55,69 bəndə enib. 100 bənd kimi 2001-ci ilin yanvar ayında kiçik Buşun prezidentliyinin başlanğıcı götürülür.
Onun prezidentlik müddəti (2008-ci ilə qədər) Amerika valyutasının alıcılıq qabiliyyətinin azalması dərəcəsinə görə növbəti olub. Səkkiz il ərzində bu göstəcici 19,9% azalıb.
Ondan sonra Barak Obama gəlir ki, onun dövründə iki müddət ərzində (2009-2012 və 2013-2016) ABŞ valyutasının alıcılıq qabiliyyəti 14.5% zəifləyib.
İyulun 22-də məlum olub ki, Co Baydenin seçkilərdən çıxması barədə bəyanatından sonra dolların dəyəri digər əsas dünya valyutalarına nisbətdə aşağı düşür.
Bizi sosial şəbəkələrdən izləyin!!