Müəllif:Ayşən İmanova/Banco.az
Elektrikli avtomobillərin qlobal satışları iyul ayında illik müqayisədə 21% artaraq 1,4 milyona çatıb.
Banco.az xəbər verir ki, bu barədə “Rho Motion” tədqiqat şirkəti məlumat yayıb.
Qeyd edilib ki, iyul ayında bir il əvvəllə müqayisədə 31% daha çox elektrikli avtomobil satıldığı Çində artım əsasən güclü satışlardan qaynaqlanır.
Şimali Amerikada elektrik avtomobillərinin satışı o qədər də olmasa da - 8% artıb. Avropada isə 7% azalıb.
“Bu il elektromobil bazarında vəziyyət qarışıqdır. Qlobal satışlar güclüdür. Çin, Şimali Amerika və inkişaf etməkdə olan EV bazarlarında böyüməyə davam edir. Bununla belə, Aİ-də, xüsusən də Almaniyada satışlar azalıb və Çinin elektrik avtomobillərinə tətbiq edilən tariflər buna daha da təsir edəcək” , - deyə analitik Çarlz Lester bildirib.
Ümumilikdə 2024-cü ilin ilk yeddi ayında qlobal elektrikli avtomobil satışları 21%, Çində 31%, Şimali Amerikada 10% artıb, Avropada isə dəyişməz qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!