Yaponiyada istehsalçı qiymətlərində artım sürətlənib | Banco.az

Yaponiyada istehsalçı qiymətlərində artım sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın istehsalçı qiymətləri ilə ölçülən inflyasiya ardıcıl altıncı ayda da sürətlənib.

Banco.az xəbər verir ki, Yaponiya Bankının (BOJ) çərşənbə axşamı verdiyi məlumata görə, yapon firmalarının bir-birindən mal və xidmətlər üçün tələb etdikləri qiymətləri ölçən korporativ əmtəə qiymətləri indeksi (CGPI) əvvəlki ilə nisbətən 3,0 faiz artıb. Proqnozlar da məhz bu istiqamətdə idi.

İyun ayında qiymətlər 2,9 faiz artmışdı. 

Zəif yenin inflyasiyaya təsirinin əksi olaraq, idxal mallarının yen ilə ifadə olunan xərclərində 10,8 faiz artım reallaşıb. Ölkədə elektrik enerjisi, qaz və su xərcləri bir il əvvəllə müqayisədə 6,7 faiz artıb.

Qeyd edək ki, bu il yenin ucuzlaşması xammal, ərzaq və yanacağın idxalı xərclərini artıraraq inflyasiya üzərində təzyiqi artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiya Bankının rəhbəri Kazuo Ueda bankın iyulun 31-də etalon faiz dərəcəsini artırmasından sonra qiymətlərin və artım proqnozunun reallaşacağı təqdirdə rəsmilərin faiz dərəcələrini artırmağa davam edəcəklərini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram