Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ İsrailə Amerika silah və hərbi texnikasının alınması üçün 3,5 milyard dollar ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti Co Bayden administrasiyasının İsrailə “bir neçə milyard dollar” xarici hərbi maliyyə vəsaiti göndərməyi planlaşdırdığı barədə Konqresə məlumat verib.
Bildirilib ki, bu, İsrailə ABŞ-dən müasir silah sistemləri və digər zəruri avadanlıqlar almağa imkan verəcək.
Qeyd edilir ki, İsrail bu məbləğdə silahı dərhal almayacaq. Çünki ala biləcəyi silah sistemləri hələ istehsal mərhələsindədir. Buna görə də, İsrail onları bir neçə ildən tez ala bilməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!