Asiya İnkişaf Bankı bu ölkəyə yüz milyon dollardan çox vəsait ayıracaq | Banco.az

Asiya İnkişaf Bankı bu ölkəyə yüz milyon dollardan çox vəsait ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Asiya İnkişaf Bankı (AİB) Tacikistandakı layihələrin, o cümlədən iqtisadi islahatlarla bağlı təşəbbüslərin maliyyələşdirilməsinə 110 milyon dollar ayırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Tacikistanın maliyyə nazirinin birinci müavini Yusuf Məcidi mətbuat konfransında bildirib.

“Gələn həftə biz Asiya İnkişaf Bankı ilə təxminən 110 milyon dollar qrant vəsaiti üçün saziş imzalayacağıq”, - nazir müavini qeyd edib.

O bildirib ki, imzalanma mərasimi avqustun 19-da Düşənbədə planlaşdırılır. Onun sözlərinə görə, bu vəsaitin təxminən 50 milyon dolları investisiya mühitinin və biznes fəaliyyətinin yaxşılaşdırılması istiqamətində islahatların həyata keçirilməsi proqramına, o cümlədən büdcə dəstəyinə, 20 milyon dollardan çoxu kənd təsərrüfatında qadınların dəstəklənməsi layihəsinə ayrılacaq. 
“Sərbənd” Su Elektrik Stansiyasının bərpası üçün əlavə maliyyələşdirmənin imzalanması da planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et