"Open AI" ChatGPT ilə bağlı maraqlı bir xəbərdarlıq edib | Banco.az

"Open AI" ChatGPT ilə bağlı maraqlı bir xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Open AI" ChatGPT ilə bağlı maraqlı bir xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, ABŞ-da yerləşən "OpenAI" şirkəti bəzi istifadəçilər üçün süni intellekt modeli ChatGPT-nin real səsləndirmə xüsusiyyətinin “emosional asılılığa” çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə şirkətin internet saytında məlumat verilib.

Məlumatda ChatGPT və süni intellekt modeli ilə söhbət etmək üçün təklif edilən səsli seçim haqqında aparılan təhlükəsizlik araşdırmalarına dair təfərrüatlar yer alıb.

Bildirilib ki, ilkin araşdırmalar nəticəsində səs variantının girişlərə 232 millisaniyəlik reaksiya müddəti orta bir insanın söhbət zamanı reaksiya müddətinə çox yaxındır. İstifadəçilərin bu texnologiya ilə "real və təbii" olduğu üçün emosional bağ qurmalarını əks etdirən dildən istifadə etdikləri qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada süni intellekt modelinin səs xüsusiyyəti ilə qurulan emosional bağın "asılılığa" səbəb ola biləcəyi xəbərdarlığı edilib. Açıqlamada həmçinin qeyd edilib ki, texnologiyanın istifadəçilər üçün tapşırıqları yerinə yetirməsi və söhbətlər haqqında təfərrüatları yadda saxlaması “həddindən artıq özünə inam və asılılıq” yarada bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et