Çində istehlak inflyasiyası ötən ay artım göstərib | Banco.az

Çində istehlak inflyasiyası ötən ay artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehlak inflyasiyası ötən ay artım göstərib.

Banco.az xəbər verir ki, Çində istehlak inflyasiyası iyul ayında illik 0,5 faiz artıb ki, bununla da ardıcıl altıncı aydır ki, artım tendesiyası davam edib.

Ekspertlər 0,3 faizlik artım gözləyirdilər.

Digər tərəfdən, baza inflyasiya illik 0,4 faiz artaraq yanvar ayından bəri ən aşağı səviyyədir ki, bu da ümumi istehlak tələbindəki zəifliyi vurğulayır.

"Mizuho Securities Asia" şirkətinin baş iqtisadçısı Serena Zou ölkədə inflyasiyanın artmasında pis hava şəraiti və donuz əti qiymətlərindəki aşağı baza kimi mövsümi amillərin rol oynadığını və məlumatların yüksək daxili tələbin canlanmasına işarə etmədiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, istehsalçı qiymətlərində deflyasiya davam edib. Çin PPI illik 0,8 faiz azalaraq 2022-ci ildə başlayan deflyasiya prosesinin davam etdiyini təsdiqləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et