Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin iyulun 1-i vəziyyətinə görə, 284,1 min nəfərə bərabər olub. İyun ayının əvvəlində bu göstərici 286,6 min idi.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 280,6 min nəfər olub, onlardan 4 996,5 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 749,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 893,1 min nəfər, qeyri-dövlət sektorunda isə 856,3 min nəfər təşkil etdib. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 717,5 min nəfər çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!