“Papa John's”un xalis mənfəəti azalıb | Banco.az

“Papa John's”un xalis mənfəəti azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın "Papa John's" pizza şəbəkəsi illik gəlirini 1,3% azaldıb və xalis mənfəətində təxminən üçdə bir azalma qeydə alıb.

Banco.az xəbər verir ki, iyunun 30-da başa çatan hesabat rübündə şirkətin gəliri ötən ilin müvafiq dövründəki 514,5 milyon dollardan 507,9 milyon dollara qədər azalıb.

Xalis gəlir 17,8 milyon dollar və ya hər səhm üçün 54 sentdən 12,2 milyon dollara və ya 37 sentə düşüb.

Hesabatda qeyd olunur ki, şirkətin maliyyə göstəricilərinin pisləşməsi satışların azalması və xammalın yüksək qiymətləri ilə bağlıdır.

Bu ilin əvvəlindən “Papa John's” kapitallaşması 44% azalaraq 1,4 milyard dollara enib, S&P 500 isə 9% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram