Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da tənəzzül ehtimalları yenidən nəzərdən keçirilib.
Banco.az xəbər verir ki, Wall Street bankları birja böhranının qiymətini dəyərləndirməklə yanaşı, ABŞ-ın tənəzzül ehtimallarını da yuxarıya doğru nəzərdən keçirirlər.
"Goldman Sachs"ın ardınca "JPMorgan" da ABŞ-da resessiya ehtimalının artdığı fikrini bölüşüb.
Brüs Kasman da daxil olmaqla bankın iqtisadçılarının fikrincə, ABŞ-da tənəzzül ehtimalı 25 faizdən 35 faizə yüksəlib.
"ABŞ-dan gələn xəbərlər işçi qüvvəsinə tələbatın gözləniləndən daha kəskin zəifləməsinə və işçi qüvvəsinin itirilməsinin ilkin siqnallarına işarə edir", - iqtisadçılar bildirib.
İki ay əvvəl FED və buna bənzər mərkəzi bankların “uzun müddət yüksək faizləri qoruyub saxlaması” ssenarisini 50 faizlik ehtimal kimi qiymətləndirən "JPMorgan" bu ehtimalı 30 faizə endirib.
İnflyasiya təzyiqlərinin azaldılması ilə "JPMorgan" sentyabr və noyabr aylarında faiz dərəcəsinin yarım faiz azaldılmasını proqnozlaşdırıb. Bankın 2025-ci ilin ikinci yarısında tənəzzül gözləntiləri 45 faiz səviyyəsindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!