Birjalardakı dalğalanmalar qalıcı böhrana səbəb ola bilər? – Türk iqtisadçıdan açıqlama | Banco.az

Birjalardakı dalğalanmalar qalıcı böhrana səbəb ola bilər? – Türk iqtisadçıdan açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Hazırda ABŞ iqtisadiyyatı “resessiya” mərhələsinə qədəm qoyub.Məşğulluq dərəcələrinin gözləniləndən az artması və yüksələn işsizlik nisbətləri bu tənəzzülün göstəriciləri hesab olunur”.

Bu fikirləri Türkiyənin tanınmış iqtisadçısı Ərsin Dədəqoca Banco.az-a açıqlamasında deyib.

İqtisadçı hesab edir ki, tənəzzül gözləntiləri və geosiyasi risklər ABŞ fond bazarlarına əlavə təzyiq yaradır:

“FED uzun müddətdir ki, faiz dərəcəsini inflyasiyadan xeyli yuxarı saxlayır. Bu da “yüksək real faiz dərəcələrinə” gətirib çıxarır. Sözügedən faiz siyasəti “resessiyanı hazırlayan amil” hesab etmək olar. Üstəlik, ABŞ- da açıqlanan “xarici ticarət kəsiri”nin daralması da bu gözləntiləri dəstəkləyir.

ABŞ-da 10 illik dövlət istiqrazlarının faiz dərəcəsi getdikcə azalır.  Noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliyin mövcudluğu da bu kontekstdə əhəmiyyət kəsb edir.Bu amillərlə yanaşı,İran-İsrail gərginliyi  artır və Rusiya-Ukrayna müharibəsi  davam edir. Bu geosiyasi risklər və qeyri-müəyyənliklər də birjanı aşağı çəkən amillərdir”.
Ərsin Dədəqoca hesab edir ki,  bu böhran zamanı fond bazarında pul itirəcək investorlarla yanaşı işsizlik səviyyəsi də yüksələcək.  

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı qeyd edib ki, hazırda birjaların istiqaməti FED-in faiz qərarından asılıdır:

“Faiz fərqi qorunub saxlanılarsa, pul treyderlərinin manevr etmək şəraiti yarana bilər.  Uzun sürən tənəzzül birjaları daha da aşağı itələyir və enişi daha geniş miqyasda edir. Bunlar Yaponiyadan gələn valyuta ticarəti ilə bağlıdır. Ümumiyyətlə, ABŞ fond bazarlarında təlatüm yaradan xüsusiyyətlər də var. Bunlardan biri , Möhtəşəm Yeddilik də daxil olmaqla, texnologiya şirkətinin səhmlərindəki köpükdür . Bu köpükün nə qədər böyük olduğunu və nə qədər tez əriyəcəyini bilmirik. 

ABŞ-dakı tənəzzül və digər qeyri-müəyyənliklər də birjalar üçün risk faktorlarıdır. Daha konkret desək, fond bazarlarında və qlobal bazarlarda dalğalanmaların davam etdiyi görünür. Ancaq bu dalğalanmaların qalıcı böhranlara gətirib çıxaracağı gözlənilmir”.

Ən sərfəli krediti almaq üçün müraciət et