“Hilton” ikinci rübdə gəlirini 11% artırıb | Banco.az

“Hilton” ikinci rübdə gəlirini 11% artırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “Hilton Worldwide Holdings” otellər şəbəkəsi ikinci rübdə gəlirini 11% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Bu ilin aprel-iyun aylarında şirkətin gəliri bir il əvvəlki 2,66 milyard dollardan 2,95 milyard dollara yüksəlib.

“Hilton”un xalis mənfəəti keçən ilin eyni dövründəki 411 milyon dollar və ya hər səhm üçün 1,55 dollarla müqayisədə 421 milyon dollar və ya hər səhmə görə 1,67 dollara yüksəlib.

Şirkət həmçinin cari ilin sonuna qədər otaqların sayını 7-7,5% artırmağı planlaşdırır.

Qeyd edək ki, çərşənbə günü bazar öncəsi ticarətdə “Hilton” səhmləri 2,8% ucuzlaşıb. Şirkətin kapitallaşması ilin əvvəlindən 13,8% artaraq 51,8 milyard dollara çatıb, S&P 500 indeksi isə bu dövrdə 9,9% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et