Müəllif:Ayşən İmanova/Banco.az
2024-cü ilin ikinci rübündə Almaniyanın idman malları istehsalçısı “Puma” gəlirini 2023-cü il səviyyəsində saxlamaqla xalis mənfəətini demək olar ki, dörddə bir azaldıb.
Banco.az xəbər verir ki, şirkətin aprel-iyun aylarında xalis mənfəəti bir il əvvəlki 55 milyon avrodan 41,9 milyon avroya düşüb, gəliri isə faktiki olaraq dəyişməz qalıb və 2,12 milyard avro təşkil edib.
Şimali Amerikada satışlar ikinci rübdə 9%, Asiya-Sakit okean regionunda 1,9% artıb. Avropa, Yaxın Şərq və Afrikada isə 4,3% azalıb. Ayaqqabı seqmentində qlobal satışlar faktiki olaraq dəyişməz qalıb və 1,1 milyard avro təşkil edib. Şirkətin geyim satışı 9,2% artaraq 705,6 milyon avroya, aksesuar satışları isə 4,7% azalaraq 314,8 milyon avroya düşüb.
İlin əvvəlindən “Puma”nın kapitallaşması 28,6% azalaraq 6,2 milyard avroya düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!