Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın neft və təbii qazdan büdcə gəlirləri 61 faiz artıb.
Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin verdiyi yazılı bəyanatda ölkənin büdcə gəlirləri və xərcləri ilə bağlı məlumatlar yer alıb.
Rusiya Maliyyə Nazirliyi bu ilin yanvar-iyul aylarında neft və təbii qazdan büdcə gəlirlərinin 2023-cü ilin eyni dövrü ilə müqayisədə 61,6 faiz artaraq 6,8 trilyon rubla (təxminən 79,3 milyard dollar) çatdığını bildirib.
Qeyd olunub ki, qeyri-neft və təbii qaz gəlirləri ötən illə müqayisədə 25,5 faiz artaraq ilin 7 ayı ərzində 12,9 trilyon rubla çatıb. Bildirilib ki, neft və təbii qaz gəlirləri 61,6 faiz artaraq 6,8 trilyon rubl olub.
Sözügedən dövrdə büdcənin ümumi gəlirləri 35,9 faiz artaraq 19,7 trilyon rubla çatıb, büdcədə isə 1,3 trilyon rubl kəsir yaranıb.
Bəyanatda neft və təbii qazdan başqa gəlir mənbələrində müsbət və sabit tendensiyanın olduğu bildirilib və ilin sonuna qədər bu maddələr üzrə gəlirlərin artacağı proqnozlaşdırılıb.
Rusiyada 2023-cü ildə büdcənin 3,24 trilyon rubl kəsiri olacağı güman edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!