Çində ixrac və idxal göstəriciləri artım göstərib | Banco.az

Çində ixrac və idxal göstəriciləri artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Çində ixrac və idxal göstəriciləri artım göstərib.

Banco.az xəbər verir ki, iyul ayında Çinin idxalı gözləniləndən daha sürətli artsa da, ixracı bazar gözləntilərindən bir qədər aşağı artıb. Bununla belə, artım dördüncü ayda da davam edib.

Çin Gömrük İdarəsindən verilən açıqlamaya görə, ölkənin ixracı ötən ay illik müqayisədə 7,0 faiz artıb. İqtisadçıların proqnozu artımın 9,4 faiz olacağı istiqamətində idi.

İdxalda artım tempi isə 7,2 faiz təşkil edib ki, bu da bazarın 3,3 faiz proqnozundan xeyli yüksək olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et