Planşetlərə qlobal tələbat artıb | Banco.az

Planşetlərə qlobal tələbat artıb

Müəllif:Ayşən İmnaova/Banco.az

2024-cü ilin ikinci rübündə qlobal planşet tədarükü 22 faiz artaraq 34,4 milyon ədədə çatıb.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Məlumat Korporasiyasının (IDC) hesabatında deyilir.

Sənaye lideri bazara 12,3 milyon cihaz tədarük edən, 35,8 faiz payla Amerikanın “Apple” şirkəti olub. “Samsung” və “Lenovo” ikinci və üçüncü yerlərdə qalıblar - onların payı müvafiq olaraq 20,1 və 7,3 faiz təşkil edib.

“Biz yenilənmə dövrü və inkişaf etməkdə olan bazarlarda artımın yaxın müddətdə bərpaya təkan verəcəyini gözləyirik”, - IDC-nin baş tədqiqat analitiki Anurupa Nataraj deyib. Mütəxəssisin fikrincə, əlverişli bazar vəziyyəti istehsalçıları öz qadcetlərinə yeniliklər tətbiq etməyə sövq edir. Nümunə olaraq Nataraj OLED ekranlı ilk “iPad”i buraxan “Apple” şirkətini göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram