"Agile” metodologiyası nədir? | Banco.az

"Agile” metodologiyası nədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son dövrlərdə tez-tez eşitdiyimiz “agile”, “agile management” və ya “agile project management” layihə idarəetməsinin bir metodologiyası olaraq tanınır.
Dilimizə çevik idarəetmə kimi tərcümə edilən  “agile” menecmentin tarixi daha qədimlərə dayansa da, istifadə olunması və prinsipləri  70 ilə yaxındır.

“Agile”ın əsas prinsiplərinə çeviklik, müştəri məmnuniyyəti və davamlı təkmilləşmə daxildir.Ümumiyyətlə agile, dəyişən tələblərə tez uyğunlaşmaq və müştəri ehtiyaclarını daha yaxşı qarşılamaq məqsədini güdür.

Agile metodologiyasının əsas prinsipləri bunlardır:

Müştəri məmnuniyyəti: Məhsul və ya xidmət müştəri ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir və müştəri məmnuniyyətinə önəm verilir.

Dəyişikliklərə açıq olmaq: Tələblərdəki dəyişikliklərə çevik yanaşılır və bu dəyişikliklər layihənin inkişafını daha yaxşı yönləndirmək üçün istifadə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Tez-tez təqdimatlar: İnkisaf edən məhsulun müştəriyə tez-tez təqdim edilməsi və geri bildirimlərin alınması məqsədini güdür.

Çevik komandalar: Kiçik, müstəqil və özünü idarə edən komandalar yaradılır ki, bu da tez qərar verməyə və effektiv işləməyə imkan tanıyır.

Sadəlik və məhsuldarlıq: Çalışmaların sadə və effektiv olması, lazımsız işlərin qarşısının alınması əsas məqsəddir.

Davamlı təkmilləşdirmə: Komandalar öz proseslərini davamlı olaraq təkmilləşdirir, daha yaxşı nəticələr əldə etmək üçün öz iş üsullarını optimallaşdırır.

"Agile" metodologiyası müxtəlif alt metodlardan ibarət olmaqla bərabər hər biri özünəməxsus yanaşma və praktikalar təqdim edir, həm də hamısı agile prinsiplərinə uyğun şəkildə çeviklik və müştəri məmnuniyyətini prioritet olaraq qoyur.

Ən sərfəli krediti almaq üçün müraciət et