Türk Hava Yolları Lənkərandan resylər başladacaq | Banco.az

Türk Hava Yolları Lənkərandan resylər başladacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) 12 yeni istiqamətə uçuşlara başlayacaq.

Banco.az xəbər verir ki, dünyanın ən çox istiqamətinə uçan hava yolu şirkəti Türk Hava Yolları (THY) bazardan və uçuşun mövcudluğundan asılı olaraq Çili, Misir, Səudiyyə Ərəbistanı, İspaniya, Azərbaycan, Fransa, Sudan, Qazaxıstan və Somalidə yeni uçuş xətləri açacaqlarını açıqlayıb.

2024-cü ilin ikinci rübündə sərnişin tutumunu 7,7 faiz artıran THY yeni uçuş xətləri üzərində işlərini davam etdirir.

THY Çilinin Santyaqo, Səudiyyə Ərəbistanının Abha, Misirin Əsvan, Rusiyanın Mahaçqala, İspaniyanın La Koruna, Azərbaycanın Lənkəran, Fransanın Nant, Sudanın Port Sudan, Qazaxıstanın Atırau, Pakistanın Sialkot, Somalinin Hargeisa və Polşanın Katowice şəhərlərinə müntəzəm sərnişin reyslərinə başlamaq qərarına gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən dövrdə 22,1 milyon sərnişin daşıyan və 591 milyon dollar əməliyyat mənfəəti əldə edən THY personal sayını da 7 faiz artırıb. Bu çərçivədə ötən ilin eyni dövrü ilə müqayisədə pilot və pilot namizədlərinin sayı 11 faiz, kabin heyətinin sayı isə 6 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et