“Coca-Cola” rekord məbləğdə cərimələnib | Banco.az

“Coca-Cola” rekord məbləğdə cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ məhkəməsi “Coca-Cola” şirkətini 6 milyard dollar cərimə ödəməyə məcbur edib.

Banco.az xəbər verir ki, Amerika şirkəti vergidən yayınmaqda təqsirli bilinib.

Şirkətdən verilən məlumata görə, vergilərin ödənilməməsinə görə cəza ilə bağlı qərarı ABŞ Vergi Məhkəməsi “Coca-Cola” şirkəti ilə ABŞ Daxili Gəlirlər Xidməti arasında davam edən vergi işi üzrə qəbul edib.

Qərara təxminən 2,7 milyard dollarlıq öhdəlik daxildir. Tətbiq olunan faizlər də daxil olmaqla ümumi məbləğin təxminən 6 milyard dollar olacağı gözlənilir.

Bildirilir ki, “Coca-Cola” gəlirlərini xarici bölmələrə köçürməklə təxminən 10 il vergi ödəməkdən yayınıb. Cərimənin müəyyən edilmiş məbləği ödənildiyi təqdirdə Amerika korporasiyası üçün rekord ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət məhkəmənin qərarı ilə razılaşmır və apellyasiya şikayəti verməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et