“Chevron” Kaliforniyanı tərk edəcək | Banco.az

“Chevron” Kaliforniyanı tərk edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Chevron” korporativ qərargahını Kaliforniyadan Texasa köçürəcəyini elan edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şirkətin top menecerləri ilin sonuna qədər Kaliforniya ştatının San Ramon şəhərindən Texas ştatının Hyuston şəhərinə köçəcəklər. Qalan qərargah işçiləri isə növbəti beş il ərzində mərhələli şəkildə köçürüləcək.

Hazırda “Chevron”un 7 minə yaxın əməkdaşı Hyustonda, 2 minə yaxını isə San Ramonda işləyir.

Qeyd edək ki, “Chevron” səhmləri cümə günü şirkətin ötən rüb üçün mənfəətini bildirdikdən sonra 1,3% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 2,3% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et