7 ayda Azərbaycandan ən çox uçuş Rusiya istiqamətində olub | Banco.az

7 ayda Azərbaycandan ən çox uçuş Rusiya istiqamətində olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,6% daha çox (14 915) aviareys təşkil olunub.

Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, cari ilin 7 ayında ölkədən ən çox reys Rusiyaya (4 342) istiqamətində olub.

İkinci yerdə Türkiyə (3 322), üçüncü yerdə isə 1 752 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya təşkil edilmiş reyslərin sayı 3 890, Türkiyəyə 3 098, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 316 olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et