Azərbaycan Beynəlxalq Bankı yeni "R@ndevu" xidmətini tətbiq edib | Banco.az

Azərbaycan Beynəlxalq Bankı yeni "R@ndevu" xidmətini tətbiq edib

Azərbaycan Beynəlxalq Bankı Bakı və Gəncə şəhərində xidmət olunan müştərilərinə onların rahatlığını təmin etmək məqsədi ilə unikal "R@ndevu" xidmətindən yararlanmağı təklif edir. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "R@ndevu" xidməti müştərilərə vaxtlarına qənaət etmək, Bankın filiallarında sürətli xidmət olunmaq imkanını yaradan yeni bir xidmətdir.

"R@ndevu" vasitəsilə ABB-nin müştəriləri Banka gəlməmişdən bir gün əvvəl xidmət olunduqları filialda görüş təyin edə biləcəklər.

"R@ndevu" xidmətindən istifadə etmək üçün ABB-nin Məlumat Mərkəzinə (437 7900 və ya *2265 nömrələri ilə) zəng vurub və ya bankın internet səhifəsinə (randevu.ibar.az) daxil olub görüşün vaxtını, istənilən xidməti və öz əlaqə məlumatlarını bildirmək kifayətdir. Qabaqcadan görüş təyin etmiş müştərilər müəyyən edilmiş vaxt bankın filialına gələrkən, növbəsiz xidmət olunacaqlar. Qeyd edək ki, müştəri görüşə mütləq dəqiq vaxtında gəlməlidir, əks halda, ümumi növbədə xidmət olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hal-hazırda, "R@ndevu" xidməti Bankın Abşeron, Binəqədi, Səbail, Sənaye, Xətai, Qaradağ, Sabunçu, Mərkəzi, Nəqliyyat, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Gəncə filialları tərəfindən təklif olunur.

Qeyd edək ki, "R@ndevu" xidməti Azərbaycan Beynəlxalq Bankında tətbiq edilmiş Fransanın ESİİ şirkətinin istehsal etdiyi yeni "eSirius" növbələrin elektron idarə edilməsi sisteminin bir hissəsidir. Tətbiq edilmiş bu müasir elektron idarəetmə sistemi bankın xidmət şəbəkəsinə müraciət edən müştərilərə daha operativ və rahat şəkildə xidmət göstərməyə imkan verir. İlin sonuna kimi sistemin Bankın digər filial və şöbələrində (həm ölkənin paytaxtında, həm də regionlarda) tətbiqi həyata keçiriləcək.