Ötən ay Çinin xidmət sektorunda aktivlik artıb | Banco.az

Ötən ay Çinin xidmət sektorunda aktivlik artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Çinin xidmət sektorunda aktivlik artıb.

Banco.az xəbər verir ki, iyul ayında yeni sifarişlərin də köməyi ilə Çinin xidmət fəaliyyətlərində artım sürətlənib.

Caixin/S&P Qlobal xidmətlərin satınalma menecerləri indeksi (PMI) iyul ayında 51,2 punktdan 52,1 punkta yüksəlməklə ardıcıl 19-cu aydır ki, sektorda artıma işarə edib.

Qeyd edək ki, sözügedən indeks əsasən özəl və ixracyönümlü şirkətləri əhatə edir. İndeksin 50 dən yuxarı dəyər alması sektorda artımı, aşağı dəyər alması isə daralmanı göstərir.

"Caixin"ə görə, ölkənin xidmətlər sektorunda məşğulluq göstəricisi son yarım ildə ikinci dəfə müsbət fazaya daxil olaraq 2023-cü ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb. Bildirilib ki, bu, Çin əmək bazarı üçün müsbət əlamət sayılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et