1 may – 31 iyul tarixlərində Bank Respublika tərəfindən “Təcili pul lazımdır?” adlı endirim aksiyası keçirildi. Aksiyanın şərtlərinə görə bütün nağd pul kreditləri 2 % endirimlə verilirdi.
24 ay müddətinədək verilən kreditlərin maksimal məbləği 5000 AZN təşkil edirdi. Nağd kreditləşdirmə məhsullarının geniş çeşidindən ən uyğun gələnini seçmək imkanına istehlakçılar biganə qalmadı.
1 may – 31 iyul tarixlərində bu aksiyaya maraq göstərən və 2% endirimlə nağd kredit alanların sayı 5000 nəfərdən artıq olub. Kredit məhsulları arasında ən çox tələbat isə 1000-3000 manat məbləğində verilən “Yeni imkanlar” kreditinə olub.
Bank Respublika-dan hər kredit alan müştəri banka gəlmədən, geniş bankmat şəbəkəsi, internet və Mobil Bank vasitəsilə kredit borcunu ödəmək imkanını əldə edti.
Bununla yanaşı, indi Bank Respublika-nın kreditləri çevikləşib və beləliklə müştəri özü komissiya haqqı və faiz dərəcəsini müəyyən edə bilər. Kreditin rəsmiləşdirilməsi zamanı ödənilən komissiya haqqının bir hissəsi ümumi illik faiz dərəcəsinə əlavə etmək mümkündür. Bu da, krediti rəsmiləşdirərkən istehlakçıların xərclərini azaltmağa imkan yaradır.
Bu imkanlara komissiya haqqları 2%-dən az və 4%-dən artıq olmayan hallarda baxılır, başqa sözlə, müştərinin istəyi ilə komissiya haqqının 2%-nin əsas illik faiz dərəcəsinə əlavə edilməsi mümkündür.