Dünya bazarlarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft  ucuzlaşıb.

Banco.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 3,41% azalaraq 1 barelə görə 76.81 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,66% azalaraq 1 barelə görə 73.52 ABŞ dollarına enib.