Ötən ay Türkiyənin xarici ticarət kəsiri azalıb | Banco.az

Ötən ay Türkiyənin xarici ticarət kəsiri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Türkiyənin xarici ticarət kəsiri azalıb.

Banco.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin aparıcı məlumatlarına görə, iyul ayında ticarət kəsiri illik müqayisədə 42,3 faiz azalaraq 7,2 milyard dollar olub.

2023-cü ilin iyul ayında 12,5 milyard dollarlıq xarici ticarət kəsiri qeydə alınmışdı.

İxrac-idxalın əhatəlilik nisbətində 14,5 bəndlik güclü artım xarici ticarətdə yaxşı inkişaf nümayiş etdirib.

2023-cü ilin iyul ayında 19,8 milyard dollar olan ixracat 2024-cü ilin iyul ayında 13,8 faiz artaraq 22,5 milyard dollara çatıb. Bununla yanaşı, ilk yeddi ayda ixracat əvvəlki ilin eyni dövrünə görə  4,1 faiz artaraq 148 milyard 789 milyon dollara çatıb. Beləliklə, ilk 7 ayda mal ixracında 5,9 milyard dollar xalis artım əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

İdxal isə 2024-cü ilin iyul ayında əvvəlki ilin eyni ayına nəzərən 2,6 milyard dollar azalaraq 29,7 milyard dollara düşüb. 2024-cü ilin ilk yeddi ayında idxal əvvəlki ilin eyni dövrünə görə 8,4 faiz azalaraq 198 milyard 616 milyon dollara geriləyib. Beləliklə, ilk 7 ayda mal idxalında 18,1 milyard dollar azalma olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et