Dünya Bankı: Orta gəlir tələsi 108 ölkədə tərəqqiyə mane olur | Banco.az

Dünya Bankı: Orta gəlir tələsi 108 ölkədə tərəqqiyə mane olur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı: Orta gəlir tələsi 108 ölkədə tərəqqiyə mane olur.

Banco.az xəbər verir ki, Dünya Bankı tərəfindən edilən açıqlamada inkişaf etməkdə olan ölkələrin "orta gəlir tələsindən" xilas olmasına imkan verəcək ilk əhatəli yol xəritəsini təqdim edən yeni bir araşdırmanın dərc edildiyi bildirilib.

Açıqlamada Çin, Hindistan, Braziliya və Cənubi Afrika da daxil olmaqla 100-dən çox ölkənin qarşıdakı illərdə yüksək gəlirli ölkə olmaq səylərinə mane ola biləcək ciddi maneələrlə üzləşdiyi qeyd edilib. Bildirilib ki, “orta gəlir tələsi” 108 inkişaf etməkdə olan ölkədə tərəqqiyə mane olur.

Açıqlamada deyilir ki, ölkələr zənginləşdikcə, adambaşına düşən illik ABŞ Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 10 faizi (8000 dollara bərabər) həcmində “tələ”yə düşürlər. Bildirilib ki, 1990-cı ildən indiyədək yalnız 34 orta gəlirli ölkə yüksək gəlirli statusa yiyələnib və onların üçdə birindən çoxu ya Avropa İttifaqına inteqrasiyadan, ya da əvvəllər kəşf olunmamış neft yataqlarından bəhrələnib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada 2023-cü ilin sonunda 108 ölkənin orta gəlirli kateqoriysına aid edildiyi və bu ölkələrin adambaşına düşən illik ÜDM-nin 1136 dollar ilə 13 min 845 dollar arasında dəyişdiyi bildirilib. Bu ölkələrin dünya əhalisinin 75 faizini təşkil edən 6 milyard insana ev sahibliyi etdiyi vurğulanan açıqlamada onların qlobal ÜDM-in 40 faizindən çoxunu və karbon emissiyasının 60 faizindən çoxunu istehsal etdikləri bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram