“Amazon”un gəliri artsa da, proqnozlara uyğun gəlməyib | Banco.az

“Amazon”un gəliri artsa da, proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon”un gəliri proqnozlara uyğun gəlməyib.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi "Amazon" aprel-iyun ayları üzrə balans hesabatını açıqlayıb.

Hesabat göstərir ki, şirkətin gəlirləri ilin ikinci rübündə artsa da, proqnozlardan aşağı reallaşıb.

Belə ki, “Amazon”un gəliri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 147,9 milyard dollara çatıb. Bazar proqnozları sözügedən dövrdə 148,56 milyard dollar gəlirə işarə edirdi. Ötən ilin eyni dövründə şirkətin gəliri 134,4 milyard dollar idi.

"Amazon"un bu dövrdə xalis mənfəəti 13,5 milyard dollar hesablanıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 6,8 milyard dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

E-ticarət nəhənginin 2023-cü ilin ikinci rübündə 65 sent olan səhm başına mənfəəti isə bu ilin ikinci rübündə 1,26 dollara yüksəlib. "Amazon"un səhm başına mənfəəti ilə bağlı bazar proqnozları isə 1,03 dollar idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et