"BP" şirkəti ilə İraq arasında anlaşma memorandumu imzalanıb | Banco.az

"BP" şirkəti ilə İraq arasında anlaşma memorandumu imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İraq "BP" ilə anlaşma memorandumu imzalayıb.

Banco.az xəbər verir ki, İraq hökuməti ilə Böyük Britaniyanın enerji şirkəti BP arasında Kərkükdə 4 neft yatağının bərpası və istisrmarına dair anlaşma memorandumu imzalanıb.

Bu barədə İraq Baş nazirliyinin mətbuat xidmətindən yazılı bəyanat verilib.

Bəyanatda qeyd olunub ki, Baş nazir Məhəmməd Şia əl-Sudaninin iştirakı ilə İraq və "BP" şirkəti arasında Kərkükdə 4 neft yatağının bərpası və istismarına dair anlaşma memorandumu imzalanıb.

Bildirilib ki, Kərkükdəki “Baba və Avana” və “Bəy Həsən”, “Cembur” və “Habbas” yataqlarının bərpası və istismarını əhatə edən anlaşma memorandumuna hər iki tərəfin razılığı çərçivəsində digər kəşfiyyat sahələrində də iş imkanları daxildir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, İraq hökuməti bu regionda neft hasilatını, qaz və günəş enerjisi sərmayələrini artırmaq və inkişaf etdirmək üçün enerji sahəsində perspektiv imkanlara ən yaxşı şəkildə sərmayə qoymağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et