Avtomobillərin icbari sığortası üzrə yığımlar 79 mln. manatı ötüb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 79 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin birinci yarısında avtomobillərin icbari sığortası üzrə yığımlar 79 mln. 640 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 766 min manat və ya 3.6% artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 24.7% və ya 11 milyon 464 min manat artaraq 57 mln. 957 min manata yüksəlib. 

Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə yığımların məbləği 76 mln. 874 min manat, ödənişlərin məbləği isə 46 milyon 493 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram