Azərbaycanın ABŞ-yə qeyri-neft məhsulları ixracı 31 dəfədən çox artıb | Banco.az

Azərbaycanın ABŞ-yə qeyri-neft məhsulları ixracı 31 dəfədən çox artıb

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət dövriyyəsi 436 milyon 484 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 73% və ya 184 milyon 187 min ABŞ dolları artıb.

    Hesabat dövründə Azərbaycandan ABŞ-yə qeyri-neft məhsulları ixracı 31.8 dəfə artaraq 164 milyon 482 min dollara, ABŞ-dən Azərbaycana ixrac isə 10% artaraq 272 milyon dollara bərabər olub.

    Bu dövrdə Azərbaycandan ABŞ-yə əsasən qara kürü, mineral və ya kimyəvi azot gübrələri, tərkibində silisium olan ferrosilisium ərintiləri, alüminiumdan çubuqlar, profillər, qapılar, pəncərələr, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, mebellər və digər məhsullar ixrac edilib.

    Ən sərfəli kredit üçün müraciət et

    Qeyd edək ki, 2024-cü ilin I yarısında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 2%-nə bərabər olub.

    Xatırladaq ki, cari ilin I yarısında Azərbaycanın ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 596 milyon ABŞ dolları təşkil edib.

    apa

    Ən sərfəli krediti almaq üçün müraciət et