BP Azərbaycanda sosial layihələrə xərclərini 3 dəfə artırıb | Banco.az

BP Azərbaycanda sosial layihələrə xərclərini 3 dəfə artırıb

2024-cü ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,5 milyon dollar vəsait xərcləmişlər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 2 dəfə azdır.

Banco.az bu barədə BP-nin bu ilin birinci yarısına həsr olunmuş hesabatına istinadən xəbər verir. 

Məlumata görə, ilk altı ay ərzində bu layihələrə hazırda davam edən 16 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir. Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin birinci yarısında 0,9 milyon dollardan (illik müqayisədə 3 dəfə çox) artıq vəsait xərcləyib.

Bu layihələrə hazırda davam edən 15 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara, yəni ümumilikdə 27 layihəyə dəstək fəaliyyəti daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et