BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb | Banco.az

BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 386 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 2023-cü ilin eyni dövründə bu say 2 349 nəfər olub.

Banco.az xəbər verir ki, bu barədə BP şirkətinin 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabatında qeyd edilib.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Qeyd edək ki, 2023-cü ilin sonunda 2,353 nəfər, 2022-ci ilin sonunda 2,377 nəfər, 2021-ci ilin sonunda isə 2,266 nəfər Azərbaycan vətəndaşı BP-də işləyib​. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et