Bu ölkədə veb-kameralar qadağan edildi | Banco.az

Bu ölkədə veb-kameralar qadağan edildi

Müəllif:Ayşən İmanova/ Banco.az

Qırğızıstan prezidenti Sadır Japarov veb-kamera sənayesini cinayət məsuliyyətinə cəlb edən qanun imzalayıb.

Banco.az xəbər verir ki, qanun layihəsi iyulun 26-da Qırğızıstan parlamenti tərəfindən qəbul edilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, Qırğızıstanda veb-kamera studiyalarının təşkilatçılarını 100-300 min som (1,2 min dollardan 3,5 min dollara qədər) cərimə və ya 7 ilə qədər həbs gözləyir. Yeni qanuna əsasən, veb-kamera yayımının iştirakçılarının özləri 10 min som (təxminən 120 dollar) məbləğində cərimələnəcəklər.

Bundan əvvəl Qırğızıstan parlamentinin üzvləri bəyan ediblər ki, ölkədə veb-kamera sənayesi fəal inkişaf edir.

Ən sərfəli krediti almaq üçün müraciət et