Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 266 milyon 126 min dollar dəyərində 8 959 ədəd hibrid avtomobil idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 66,8% və ya 106 milyon 544 min dollar, miqdarı isə 1 630 ədəd (22,2%) artıb.
Qeyd edək ki, 2023-cü ilin birinci yarısında Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı 7 329, dəyəri isə 159 milyon 582 min dollara dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!