“Asus” dünyanın ilk daxili ətirli noutbukunu təqdim etdi | Banco.az

“Asus” dünyanın ilk daxili ətirli noutbukunu təqdim etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Tayvanın kompüter avadanlığı istehsalçısı “Asus” dünyanın ilk daxili ətirli “Adol Book 14” noutbukunu təqdim edib.

Banco.az xəbər verir ki, cihaz məşhur moda və ətir brendi “Anna Sui” ilə birgə hazırlanıb.

Cihazın unikal xüsusiyyəti qapaqda yerləşən ətirli maddədir. Dəstə üç qoxu daxildir: qızılgül, giləmeyvə və sitrus meyvələrinin qoxusu. Qapağın maqnit bağlanması sayəsində aromatik təbəqəni istənilən vaxt dəyişdirmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Texniki xüsusiyyətlərinə gəldikdə 14 düymlük ekrana malik cihaz yüngüllüyü və yığcamlığı ilə seçilir. O, AMD Ryzen 9 8945H çipi, 32 GB RAM və 1 TB daxili yaddaşa malikdir. 

Noutbukdan əlavə, “Anna Suin”in “Wishing Elf” ətri (50 ml), dəbli noutbuk çantası, xüsusi siçan və stikerlərdən ibarət dəstin qiyməti 6999 yuan (təxminən 974 dollar) təşkil edir.

Ən sərfəli krediti almaq üçün müraciət et