“Mastercard” ikinci rübdə xalis mənfəətini 15% artırıb | Banco.az

“Mastercard” ikinci rübdə xalis mənfəətini 15% artırıb

Müəllif: Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük ödəniş sistemlərindən birinin operatoru olan “Mastercard” 2024-cü ilin ikinci rübündə gəlirini 11%, xalis mənfəətini 15% artırıb.

Banco.az xəbər verir ki, aprel-iyun aylarında şirkətin gəliri bir il əvvəlki 6,27 milyard dollarla müqayisədə 6,96 milyard dollar təşkil edib. “FactSet”in sorğusuna qatılan ekspertlər orta hesabla bu rəqəmin 6,85 milyard dollar olacağını gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

İkinci rübdə “Mastercard”ın xalis gəliri 3,26 milyard dollar və ya hər səhmə görə 3,5 dollar təşkil edib. Bir il əvvəl isə 2,85 milyard dollar və ya hər səhmə görə 3 dollar olub.

Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 3,59 dollar təşkil edib ki, bu da analitiklərin hər bir səhm üçün 3,51 dollarlıq konsensus təxminlərini üstələyib.

Ötən rübdə dünya üzrə “Mastercard”kartlarından istifadə etməklə yerli valyutada ödənişlərin ümumi həcmi 9% artaraq 2,4 trilyon dollara, transsərhəd əməliyyatların həcmi isə 17% artıb.

Ən sərfəli krediti almaq üçün müraciət et