Baffet daha 766 milyon dollar dəyərində “Bank of America” səhmlərini satdı | Banco.az

Baffet daha 766 milyon dollar dəyərində “Bank of America” səhmlərini satdı

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti “Berkshire Hathaway” “Bank of America”dakı payını azaltmaqda davam edir.

Banco.az xəbər verir ki, şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərdiyi sənədlərə görə, “Berkshire” bankın 18,3 milyon qiymətli kağızını ümumilikdə təxminən 766 milyon dollara satıb.

Bildirilir ki, iyulun ortalarından etibarən Baffetin investisiya şirkəti “Bank of America”dakı payını 3 milyard dollardan çox azaldıb.

Hazırda o, “Bank of America”nın 39,5 milyard dollar dəyərində 961,6 milyon səhminə (12,4%) sahibdir.

Qeyd edək ki, çərşənbə axşamı bazar öncəsi ticarətdə bankın səhmləri 0,2% dəyər itirib. Bu ilin əvvəlindən onların dəyəri 22% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et