ABŞ bu ölkəyə müdafiəsini gücləndirmək üçün 500 milyon dollar ayıracaq | Banco.az

ABŞ bu ölkəyə müdafiəsini gücləndirmək üçün 500 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ dövlət katibi Antoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin Filippinin müdafiəsini gücləndirmək üçün 500 milyon dollar ayrıldığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunur ki, ayrılan məbləğ Filippin ordusunun, sərhəd xidmətinin modernləşdirilməsinə, eləcə də ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəldiləcək.

"Ölkələrimiz və regionun bir çox digər ölkələri Çinin atdığı bəzi addımlarla bağlı narahatlıqlarını bölüşür. Söhbət Cənubi Çin dənizi və Şərqi Çin dənizində gərginliyin artmasına yönəlmiş hərəkətlərdən gedir", - Blinken mətbuat konfransında qeyd edib.

O, həmçinin Asiya ölkəsinin qüvvələri Sakit okeanda hücuma məruz qalacağı təqdirdə ABŞ-nin Filippinə yardım edəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et