ABŞ-nin dövlət borcu rekord həddə çatıb | Banco.az

ABŞ-nin dövlət borcu rekord həddə çatıb

Müəllif: Ayşən İmanova/Banco.az

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Departamentin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” sütununda iyulun 29-na olan məlumata görə, məbləğ 35 trilyon dollar olaraq göstərilib. Bu, rekord göstəricidir. Yanvarın əvvəlində dövlət borcu 34 trilyon dolları keçib. Respublikaçılar artıq ABŞ prezidenti demokrat Co Baydeni tənqid ediblər. Onların fikrincə, Baydenin siyasəti dövlət borcunun artmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Konqresin Büdcə Ofisi ölkənin milli borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini və ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edəcəyini proqnozlaşdırır. Onun hesablamalarına görə, 2029-2034-cü illərdə Amerika ÜDM-nin orta illik artımı 1,8% təşkil edəcək.

Qeyd edək ki, 2023-cü ildə ABŞ-nin dövlət borcu 4 trilyon dollardan çox artıb.

Ən sərfəli krediti almaq üçün müraciət et