“AtaBank” ASC bankomat şəbəkəsini genişləndirir. | Banco.az

“AtaBank” ASC bankomat şəbəkəsini genişləndirir.

“AtaBank” ASC  filial şəbəkəsi ilə yanaşı bankomat şəbəkəsinin də genişləndirilməsinə xüsusi diqqət yetirir. Bank yeni ünvanda müştərilərin rahatlığı üçün bankomatlar yerləşdirib. Bankomatların biri Mingəçevir şəhərində M.Maqomayev pr., 16/2 ünvanda yerləşən “5+ market”-ndə o biri isə Bakı şəhəri ünvanda yerləşən  Sanqaçal qəsəbəsində “AAC” zavodunda   quraşdırılaraq  müştərilərin ixtiyarına verilmişdir. Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 77 ədəd təşkil edir. Onlardan  3-cü səyyar  bankomatlar  olan “AtaMatik”  Şəmkir, Qazax, Tovuz və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.

“AtaBank” ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i  Bakı şəhərində, 12-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şırvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

“AtaBank” ASC-nın bankomatları siyahısı: http://atabank.com/index.php?sid=130