“Rublun yaxın gələcəkdə ucuzlaşması istisna deyil” – Deputat | Banco.az

“Rublun yaxın gələcəkdə ucuzlaşması istisna deyil” – Deputat

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Dövriyyədə pul kütləsinin çatışmazlığı fonunda əsas məzənnənin artması milli valyutanın devalvasiya riskini artırır”.

Banco.az xəbər verir ki, bu barədə Rusiya iqtisad elmləri doktoru, Dövlət Dumasının deputatı Mixail Delyaqin deyib. 

Onun sözlərinə görə, Rusiya  Mərkəzi Bankının rəhbərliyinin pul siyasətinin sərtləşdirilməsi və yenidən maliyyələşdirmə dərəcəsinin artırılması ilə bağlı son qərarı 2024-cü ilin avqustunda rublun devalvasiyasına səbəb ola bilər.

“İlin birinci yarısında büdcənin icrası inanılmaz dərəcədə yaxşı idi. Son bir ayda hətta profisit də var idi. Ona görə də ola bilsin ki, Maliyyə Nazirliyi Mərkəzi Banka təzyiq göstərməyə tələsməyəcək”, - Delyagin bildirib.
Bununla yanaşı, iqtisadçı rublun ucuzlaşmasının yaxın gələcəkdə baş verə biləcəyini də istisna etməyib. Bu, əsas məzənnənin artması fonunda real sektordan pulun valyuta bazarına sıxılması ilə bağlı olacaq, deyə deputat yekunlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et