“Muğanbank” ASC-nin baş ofisində adsız istiqrazlar üzrə 30-cu tiraj keçirildi | Banco.az

“Muğanbank” ASC-nin baş ofisində adsız istiqrazlar üzrə 30-cu tiraj keçirildi

“Muğanbank” ASC-nin baş ofisində iyulun 30-da adsız istiqrazların növbəti tirajının nəticələri müəyyənləşdi. Tirajın uduş fondu olan 562 500 AZN aşağıdakı kimi paylaşdırıldı:
 
  • 50 000 AZN - 1 uduş,
  • 10 000 AZN - 2 uduş,
  • 5 000 AZN - 6 uduş,
  • 2500 AZN - 18 uduş,
  • 1000 AZN - 50 uduş,
  • 500 AZN - 201 uduş, 
  • 250 AZN - 632 uduş,
  • 100 AZN - 1090 uduş. 
İstaqraz sahibləri tərəfindən tirajın gedişatının rahat izlənilməsi üçün və prosesin şəffaflığını təmin etmək məqsədi ilə tədbir “Muğanbank” ASC-nin rəsmi saytında canlı yayımlandı.
 
Tirajın nəticələri ilə “Xalq qəzeti”nin növbəti sayında, həmçinin, “Muğanbank” ASC-nin rəsmi saytında tanış ola bilərsiniz (http://www.muganbank.az/retail/bearer-bonds/list/). Həmçinin, 933 telefon nömrəsinə zəng etməklə məlumat ala bilərsiniz.
 
Ən sərfəli kredit üçün müraciət et

size: 12px; color: rgb(87, 87, 87); font-family: Arial, sans-serif; line-height: 16px;">Növbəti 31-ci tiraj 2013-cü il sentyabrın 15-də “Muğanbank” ASC-nin Ə. Rəcəbli 21B ünvanında yerləşən baş ofisində keçiriləcəkdir.
 
“Muğanbank” ASC-nin istiqraz layihəsi 14 avqust 2009-cu il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmişdir. Bank 50 mln. manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri  50 manatdır.  10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.
 
Bu məhsulun riskdən azad olması kimi müsbət xüsusiyyəti əhəmiyyətli və kifayət qədər cəlbedici faktdır. Belə ki, hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibi istənilən vaxt istiqrazlarını “Muğanbank” ASC-nin istənilən filialına qaytarıb istiqrazların nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına malikdir. Başqa sözlə desək, bank öz qiymətli kağızlarının tam likvidliyini təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya etmək qərarının verilməsi üçün mühüm əsasdır.
 
İstiqraz hər zaman real pul deməkdir!
 
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.  “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital  korporasiyası (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC) kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir.