Banklar 6 ayda əhaliyə 407 mln. manat depozit faizləri ödəyiblər | Banco.az

Banklar 6 ayda əhaliyə 407 mln. manat depozit faizləri ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 iyul tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 407 milyon manat təşkil edib. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 118.5 milyon manat (41%) çoxdur.

Xatırladaq ki, 2023-ci ilin birinci yarısında (yanvar-iyun ayları) banklar 288.5 milyon manatlıq depozit faizləri ödəyiblər.

Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 551.9 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et