Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ iqtisadiyyatı bu ilin ikinci rübündə 2,8 faiz artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi aprel-iyun ayları üzrə Ümumi Daxili Məhsula (ÜDM) dair ilkin məlumatları açıqlayıb.
Məlumatlar göstərir ki, cari ilin ikinci rübündə ABŞ-da ÜDM illik müqayisədə 2,8 faiz artıb. Gözləniləndən çox artıma imza atan ABŞ iqtisadiyyatının sözügedən dövrdə 2 faiz böyüməsi proqnozlaşdırılmışdı.
İlin ikinci rübündə ABŞ iqtisadiyyatının artımına istehlak xərclərinin, özəl səhm investisiyalarının və qeyri-yaşayış sahəsinə əsas investisiyaların artması təsir göstərib. Sözügedən dövrdə idxal da artıb.
Xatırladaq ki, ölkə iqtisadiyyatı ilin birinci rübündə 1,4 faiz artım göstəricisi nümayiş etdirib.
İlin ikinci rübündə fərdi istehlak xərclərinin qiymət indeksi 2,6 faiz artıb ki, sözügedən indeks ilin ilk rübündə 3,4 faiz artmışdı. Ərzaq və enerji xərclərini nəzərə almayan əsas şəxsi istehlak xərcləri qiymət indeksi isə eyni dövrdə 2,9 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!